Lavrov: "İranın Suriyadan çıxmasını gözləmək tamamilə qeyri-realdır"

Lavrov: "İranın Suriyadan çıxmasını gözləmək tamamilə qeyri-realdır"
# 04 iyul 2018 13:24 (UTC +04:00)

”İranın Suriyadan çıxmasını və regionda öz rolunu oynamasını dayandırmasını gözləmək tamamilə qeyri-realdır”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov iordaniyalı həmkarı Ayman Safadi ilə keçirdiyi görüşün yekunlarına dair birgə mətbuat konfransında bildirib.

Nazir deyib ki, İran mövzusu Qərb mediasında olduqca sadə kontekstdə müzakirə edilir: “Xüsusən də, məlumatsız oxucular və tamaşaçılar üçün deyilir ki, İran Suriyadan getməlidir, məhz onda hər şey yoluna qoyulacaq. Məsələ ondadır ki, bu, təkcə Suriya üçün proqnozlaşdırılmır, bütün regiona şamil edilir. Deyirlər ki, İran hər yerdən getməlidir, öz sərhədlərinə qapanmalıdır, yalnız onda hər yerə firavanlıq gələcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR