Azərbaycanla Pakistan arasında birbaşa aviareyslər açılacaq

Azərbaycanla Pakistan arasında birbaşa aviareyslər açılacaq
# 04 iyul 2018 14:11 (UTC +04:00)

“Pakistan və Azərbaycan arasında birbaşa aviareyslərin açılması ilə bağlı səfirliklər səviyyəsində iş aparılır. İnanırıq ki, növbəti aylarda və yaxud gələn il birbaşa hava reysləri açılacaq. Pakistanın bəzi şirkətləri də bu işdə maraqlıdır".


APA-nın xəbərinə görə, bunu Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə deyib.

O qeyd edib ki, 2016-ci illə müqayisədə 2017-ci ildə Azərbaycana səfər edən pakistanlıların sayı 6 dəfə artıb: "Bu il də artım müşahidə olunur".

Ə. Əlizadənin sözlərinə görə, ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmində cari ilin birinci rübündə artım tendensiyası müşahidə olunur: "İqtisadi, ticari sahədə strateji tərəfdaşlıq səviyyəsinə çatmalıyıq, verilən tapşırıqlara əsasən bu istiqamətdə işlər görülür".

Səfir bildirib ki, bu il Ramazan ayı ilə əlaqədar Heydər Əliyev Fondunun təşəbbüsü ilə Pakistanda iftar mərasimi təşkil edilib. O qeyd edib ki, gələcəkdə də belə təşəbbüslər davam etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR