Azərbaycanın Rusiyadakı səfirliyi: “Azadlıq” uydurma məlumat yaymaqla məşğuldur”  

Azərbaycanın Rusiyadakı səfirliyi: “Azadlıq” uydurma məlumat yaymaqla məşğuldur”  
# 04 iyul 2018 22:03 (UTC +04:00)

“Ümumiyyətlə, saytın bu gün yazdığı hadisə baş verməyib”.

Bunu APA-ya Azərbaycanın Rusiyadakı səfirliyindən bu gün “azadlıq.info” saytında Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisinə silahlı basqın etmiş Yunis Səfərovla bağlı dərc edilmiş məlumata münasibət bildirərkən deyiblər.

“Yazıda qeyd olunan hadisə, ümumiyyətlə, baş verməyib və yalandır. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, “Azadlıq” adlanan sayt hər zaman olduğu kimi sensasiya naminə həqiqəti əks etdirməyən və uydurma məlumat yaymaqla məşğuldur” deyə, məlumatda qeyd olunub.

Xatırladaq ki, yazıda Y. Səfərovun 2008-ci ildə Moskvada keçirilən və Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun da iştirak etdiyi bir tədbirdə hakimiyyəti tənqid etdiyi, buna görə də səfir Polad Bülbüloğlu ilə mübahisəsi düşdüyü vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR