Qvatemalada vulkan püskürməsi nəticəsində itkin düşənlərin sayı 332-yə çatıb

Qvatemalada vulkan püskürməsi nəticəsində itkin düşənlərin sayı 332-yə çatıb
# 05 iyul 2018 03:29 (UTC +04:00)

Qvatemalada Fueqo vulkanının püskürməsi nəticəsində itkin düşənlərin sayı 332 nəfərə çatıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 197 nəfərin itkin düşdüyü bildirilirdi.

Təbii fəlakət nəticəsində 120 nəfər həyatını itirib. Qvatemala hökuməti təxminən 2 milyon insanın hadisədən zərər gördüyünü açıqlayıb.

Hündürlüyü 3,7 km təşkil edən Fueqo Qvatemalanın ərazisində yerləşən ən fəal vulkanlardan biridir. Qvatemalanın eyni adlı paytaxtından 40 km aralıda yerləşən vulkan iyunun 3-dən püskürməyə başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR