Rusiya XİN: Azərbaycanın QDİƏT-ə sədrliyi dövründə pozitiv gündəmin qorunub saxlanılacağına ümid edirik

Rusiya XİN: Azərbaycanın QDİƏT-ə sədrliyi dövründə pozitiv gündəmin qorunub saxlanılacağına ümid edirik
# 05 iyul 2018 16:13 (UTC +04:00)

”Rusiya Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrliyi dövründə pozitiv gündəmin qorunub saxlanacağına ümid edir”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu keçirdiyi mətbuat konfransında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

”Bildiyimizə görə, Azərbaycanın təşkilata sədrliyinin təqvimi hazırda formalaşdırılır. Ümid edirik ki, bu, təşkilata üzv ölkələr arasında predmetli əməkdaşlığın möhkəmlənməsinə istiqamətlənəcək. Rusiya nazirlər səviyyəsində, enerji, nəqliyyat, mədəniyyət, fövqəladə hallar zamanı əməkdaşlıq, mütəşəkkil cinayətkarlıqla mübarizə, ticarət, iqtisadi inkişaf, turizm və digər sahələrdə müxtəlif görüşlərin keçirilməsinə ümid edir" - deyə M. Zaxarova söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR