Baş direktor: "ÜST ilə Azərbaycan arasında əməkdaşlıq üçün geniş potensial var"

 Baş direktor: "ÜST ilə Azərbaycan arasında əməkdaşlıq üçün geniş potensial var"
# 05 iyul 2018 16:47 (UTC +04:00)

Xarici işlər naziri Elmar Məmmədyarov Ümumdünya Səhiyyə Təşkilatının direktoru Tedros Adhanomu qəbul edib.

XİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, nazir Elmar Məmmədyarov Azərbaycan və BMT-nin ixtisaslaşmış təşkilatı olan Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) arasında əməkdaşlığı müsbət qiymətləndirib.


Nazir Tedros Adhanomun ÜST-in Baş direktor vəzifəsinə seçilməsindən sonra təşkilat qarşısında müəyyənləşdirdiyi “hamı üçün səhiyyə, qadın və uşaqların müdafiəsi, təşkilat daxili islahatlar” kimi prioritetlərin təqdirəlayiq olduğunu nəzərə çatdırıb.


ÜST-nin Baş direktoru Tedros Adhanom Azərbaycanın səhiyyə sahəsində əldə etdiyi nailiyyətlərini yüksək qiymətləndirib. O, ÜST ilə Azərbaycan arasında əməkdaşlıq üçün geniş potensialın olduğunu qeyd edərək, Azərbaycan uğurlu təcrübəsinin digər üzv ölkələr üçün də maraqlı ola biləcəyini nəzərə çatdırıb.

Baş Direktor Azərbaycanın dövlət xətti ilə xarici tələbələr üçün təqaüd proqramları nəzərdə tutduğunu qeyd edərək ÜST çərçivəsində də səhiyyə sahəsində təhsil üzrə təqaüdlərin ayrılması imkanlarına toxunub.


Görüş əsnasında ÜST-də Azərbaycandan olan mütəxəssislərin çalışması və Dayanıqlı İnkişaf Məqsədlərinin milli səviyyədə icrası məsələlərinə dair fikir mübadiləsi aparıldı. Nazir Elmar Məmmədyarov Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi məqsədilə hökumət səviyyəsində əlaqələndirilmiş formada aparılan fəaliyyət barəsində həmsöhbətə məlumat verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR