Son 1 ildə Azərbaycan və Finlandiya arasında ticarət dövriyyəsi 3,5 dəfə artıb

Son 1 ildə Azərbaycan və Finlandiya arasında ticarət dövriyyəsi 3,5 dəfə artıb
# 05 iyul 2018 16:54 (UTC +04:00)

Finlandiyanın xarici ticarət və inkişaf naziri Anna-Mari Viroleyninin rəhbərlik etdiyi nümayəndə ilə birlikdə Azərbaycana səfər edib.

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, iqtisadiyyat naziri Şahin Mustafayev Finlandiyanın xarici ticarət və inkişaf naziri Anna-Mari Viroleyninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Ş.Mustafayev bildirib ki, Azərbaycan iqtisadiyyatı və onun prioritet istiqamətləri, iqtisadiyyatın şaxələndirilməsi, eləcə də iqtisadi sahədə həyata keçirilən kompleks islahatlar, yaradılmış əlverişli biznes və investisiya mühiti barədə məlumat verib. Qeyd edib ki, Avropa İttifaqı ölkələri ilə keçirilən görüşlər, biznes-forumlar, qarşılıqlı səfərlər əməkdaşlığın inkişafına, iş adamları arasında əlaqələrin genişlənməsinə töhfə verir.

Nazir Azərbaycanın Avropa İttifaqı ölkələri, o cümlədən Finlandiya ilə əlaqələrin inkişafında maraqlı olduğunu diqqətə çatdırıb.

Onun sözlərinə görə, Azərbaycan və Finlandiya arasında ticarət dövriyyəsi 2017-ci ildə 19,2 mln. dollar təşkil edib. Bu ilin yanvar-may aylarında Azərbaycan-Finlandiya ticarət dövriyyəsi ötən ilin müvafiq dövrünə nisbətən 3,5 dəfə artıb. Azərbaycanda sənaye, ticarət, xidmət və tikinti sahələrində 13 Finlandiya şirkəti qeydiyyatdan keçib. Bildirilib ki, Avropa İttifaqı ilə, o cümlədən Finlandiya ilə müxtəlif proqramlar (Tvinninq, TAİEX və s.) çərçivəsində də uğurlu əməkdaşlıq həyata keçirilir.

Görüşdə ölkələrimiz arasında biznes əlaqələrinin genişləndirilməsi, qarşılıqlı investisiya yatırılmasının və ticarətin həcminin artırılmasının önəmi qeyd edilib, Azərbaycanda həyata keçirilən infrastruktur layihələrində, sənaye parklarında Finlandiya şirkətlərinin iştirak imkanlarını, energetika, ekologiya, peşə təhsili sahəsində əməkdaşlıq potensialını diqqətə çatdırılıb. Nəqliyyat dəhlizləri barədə məlumat verən nazir Şahin Mustafayev qeyd edib ki, Finlandiya Azərbaycanın geniş nəqliyyat infrastrukturundan və tranzit potensialından, Bakı-Tbilisi-Qars və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarından yararlana bilər.

Finlandiyanın xarici ticarət və inkişaf naziri Anna-Mari Viroleynin ölkəsinin Azərbaycanla əməkdaşlığa önəm verdiyini bildirib. Anna-Mari Viroleynin Bakıya səfəri çərçivəsində keçirilən görüşlərin, aparılan müzakirələrin əlaqələrin genişlənməsində əhəmiyyətini vurğulayıb.

Görüşdə iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətləri barədə müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR