Serj Sarkisyanın qardaşı oğlunun evindən silah, narkotik və oğurluq rəsm əsərləri aşkarlanıb

Serj Sarkisyanın qardaşı oğlunun evindən silah, narkotik və oğurluq rəsm əsərləri aşkarlanıb
# 05 iyul 2018 22:56 (UTC +04:00)

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) əməkdaşları əməliyyat-axtarış tədbirləri zamanı ölkənin sabiq prezidenti Serj Sarkisyanın qardaşı oğlu Narek Sarkisyanın evindən silah, narkotik və oğurluq rəsm əsərləri aşkarlayıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, əməliyyat Narek Sarkisyanın mənzilində narkotik vasitələrin və silahların saxlanılması barədə operativ məlumatın əsasında keçirilib.

“Kokain, metamfetamin, biri səsboğucu ilə olmaqla 4 tapança, patronlar aşkarlanıb”, deyə məlumatda bildirilir.

Serj Sarkisyanın qardaşı oğlunun mənzilinə baxış zamanı həmçinin 115 min dollar, 27 min avro, bahalı saatlar, qızıl pullar və zinət əşyaları. Qeyd olunanların qanuni yolla əldə olunub-olunmaması araşdırılır.

Faktla bağlı cinayət işi qaldırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR