Azərbaycanın dövlət başçısı Meksikanın yeni seçilmiş prezidentinə məktub göndərib

Azərbaycanın dövlət başçısı Meksikanın yeni seçilmiş prezidentinə məktub göndərib
# 06 iyul 2018 16:20 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Meksika Birləşmiş Ştatlarının yeni seçilmiş prezidenti Andres Manuel Lopes Obradora məktub göndərib.

APA-nın məlumatına görə, məktubda deyilir:

“Hörmətli Andres Manuel Lopes Obrador, Meksika Birləşmiş Ştatlarının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə Meksika arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı və daha da möhkəmləndirilməsi yolunda birgə səylər göstərəcəyik. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Meksika xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR