ABŞ dövlət katibi Şimali Koreyaya səfər edib

ABŞ dövlət katibi Şimali Koreyaya səfər edib
# 07 iyul 2018 02:38 (UTC +04:00)

ABŞ dövlət katibi Mayk Pompeo Şimali Koreyaya səfər edib.

APA-nın xəbərinə görə, bu barədə Reuters agentliyinə ABŞ Dövlət Departamentinin nümayəndəsi bildirib.

Səfər çərçivəsində M.Pompeo KXDR lideri Kim Çen In ilə görüşüb. Məlumata əsasən, Vaşinqton və Pxenyan iki ölkə arasında işçi qrupların yaradılması barədə razılığa gəliblər, o cümlədən Koreya yarımadasının tam nüvəsizləşdirilməsi məsələsi üzrə. Qeyd olunur ki, məsləhətləşmələr zamanı M.Pompeo ABŞ prezidenti Donald Trampla telefon əlaqəsi saxlayıb.

Bu, ABŞ dövlət katibinin Pxenyana sayca üçüncü səfəridir. M.Pompeo bu gün Tokioya səfər edərək Yaponiyanın xarici işlər naziri Taro Kono və Cənubi Koreyanın XİN rəhbəri Kan Gön Kva ilə görüşəcək.

Qeyd edək ki, iyunun 12-də Sinqapurda ABŞ prezidenti Donald Trampla Şimali Koreya lideri Kimi Çen In arasında görüş keçirilib. Tərəflər görüşün nəticəsi olaraq Koreya yarımadasının tam nüvəsizləşdirilməsini nəzərdə tutan sənəd imzalayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR