DÇ-2018: İngiltərə yarımfinal mərhələsinə vəsiqə qazanıb

<span style="color: red;">DÇ-2018:  İngiltərə yarımfinal mərhələsinə vəsiqə qazanıb
# 07 iyul 2018 18:18 (UTC +04:00)

Rusiyada keçirilən futbol üzrə dünya çempionatı davam edir. Bu gün mundialın 1/4 final mərhələsində İsveç və İngiltərə yığmaları qarşılaşıblar.

APA-nın xəbərinə görə, “Samara Arena”da keçirilən matçda qalib gələn İngiltərə yığması yarımfinal mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, DÇ-nin yarımfinal oyunları iyulun 10-11-də oynanılacaq. Üçüncü yer uğrunda görüş iyulun 14-də, final qarşılaşması isə iyulun 15-də keçiriləcək.

İsveç – İngiltərə - 0:2

Qollar: Harri Maquayr, 30; Dele Alli, 59

Sarı vərəqələr: Sebastyan Larsson, 90+4 - Harri Maquayr, 87

Baş hakim: Byörn Kuypers (Hollandiya)

Samara. “Kosmos Arena”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR