Əfqanıstanda sutka ərzində 120-dən çox terrorçu məhv edilib

Əfqanıstanda sutka ərzində 120-dən çox terrorçu məhv edilib
# 08 iyul 2018 18:31 (UTC +04:00)

Əfqanıstanın müxtəlif əyalətlərində aparılan hərbi əməliyyatlar nəticəsində son sutka ərzində 120-dən çox terrorçu məhv edilib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Əfqanıstan Müdafiə nazirliyinin məlumat verib.

“Əfqanıstan ordusunun 3 əyalətdə apardığı əməliyyat nəticəsində son 24 saatda 121 terrorçu, o cümlədən 10 İŞİD üzvü məhv edilib, 70 silahlı yaralanıb, 7-si yaxalanıb”, deyə məlumatda bildirilir.

Məlumata əsasən, hərbçilər terrorçulara məxsus silah anbarları və nəqliyyat vasitələrini məhv ediblər. Əməliyyatlar Əfqanistanın Farah, Qazni və Nanqarxar əyalətlərində keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR