Türkiyədə sərnişin qatarı qəzaya uğrayıb, ölən və xəsarət alanlar var - YENİLƏNİB

Türkiyədə sərnişin qatarı qəzaya uğrayıb, ölən və xəsarət alanlar var - <span style="color: red;">YENİLƏNİB
# 08 iyul 2018 19:26 (UTC +04:00)

Türkiyədə sərnişin qatarının qəzaya uğraması nəticəsində 10 nəfər ölüb, 73-ü xəsarət alıb.

APA-nın məlumatına görə, bu barədə “Milliyet” Səhiyyə nazirliyinə istinadən xəbər verib.

Tekirdağ əyalətinin valisi Mehmet Ceylan bildirib ki, yaralılar helikopterlərlə xəstəxanalara çatdırılıblar. İlkin versiyaya görə, sərnişin qatarının qəzaya uğramasına əlverişsiz hava şəraiti səbəb olub. Qatarın altı vaqonunun relsdən çıxmasına səbəb kimi leysan yağışlar nəticəsində baş verən torpaq sürüşməsi göstərilir.

***

20:58

Türkiyənin Tekirdağ əyalətində sərnişin qatarı qəzaya uğrayıb.

APA-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, Uzunkörpü-İstanbul marşrutu üzrə hərəkət edən qatarın altı vaqonu relsdən çıxaraq aşıb.

Qəza nəticəsində ölən və xəsarət alanların olduğu bildirilsə də, onların dəqiq sayı barədə hələlik məlumat verilmir. Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb edilib. İlkin məlumata əsasən, qəza zamanı qatarda 360 sərnişin olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR