Hikmət Hacıyev: "Avropa Parlamentindəki bəzi qüvvələrin mövqeyinə rəğmən Aİ-Azərbaycan əlaqələri inkişaf edəcək"

Hikmət Hacıyev: "Avropa Parlamentindəki bəzi qüvvələrin mövqeyinə rəğmən Aİ-Azərbaycan əlaqələri inkişaf edəcək"
# 09 iyul 2018 10:24 (UTC +04:00)

“Avropa İttifaqı (Aİ) və Azərbaycan arasındakı əlaqələr dinamik sürətdə inkişaf edir. Əlaqələrimiz enerji, nəqliyyat uzlaşmaları, humanitar, iqtisadi, ticarət və digər sahələrdə yaxşı inkişaf edir və bu gün Azərbaycan-Aİ arasında strateji tərəfdaşlığa dair saziş layihəsinin müzakirəsi əldə olunan irəliləyişlərin bariz göstəricisidir”.

APA-nın xəbərinə görə, bunu XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnaməyə münasibət bildirərkən deyib.

“Təəssüflər olsun ki, Avropa parlamentində bir sıra qüvvələr var. Onlar şəxsi maraqlarından çıxış edən dairələrdir. Düşünürlər ki, bu yolla Aİ-Azərbaycan əlaqələrinə xələl gətirə bilərlər, ancaq öz məqsədlərinə nail ola bilməyəcəklər”, - deyə H. Hacıyev qeyd edib.

Aİ-nin həmişə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini xatırladan XİN təmsilçisi deyib ki, Avropa Parlamentdə Aİ-Azərbaycan əlaqələrinin inkişafında maraqlı olmayan qüvvələrin mövqeyinə rəğmən əlaqələrimiz davamlı şəkildə inkişaf edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR