Bu il “Azəriqaz” 277 çoxmərtəbəli binaya təbii qaz verib

Bu il “Azəriqaz” 277 çoxmərtəbəli binaya təbii qaz verib
# 09 iyul 2018 11:40 (UTC +04:00)

SOCAR-lın “Azəriqaz” İstehsalat Birliyi çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir.

“Azəriqaz”dan “APA-Economics”ə verilən məlumata görə, görülmüş işlərin nəticəsidir ki, birlik 2018-ci ilin yanvar-iyun ayları ərzində hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 277 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib. Qeyd edək ki, həmin binalarda ümumilikdə 14880 ailə yaşayır.

“Azəriqaz” İB təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə “mavi yanacaq”la təmin olunmasında maraqlıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR