Eritreya ilə Efiopiya müharibəyə son qoymaq qərarına gəlib

Eritreya ilə Efiopiya müharibəyə son qoymaq qərarına gəlib
# 09 iyul 2018 13:35 (UTC +04:00)

Efiopiya ilə Eritreya müharibəyə son qoyulmasına dair razılığa gəlib.

APA-nın “AFP” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Eritreya informasiya naziri Yemane Gebremeskel şəxsi “Twitter” səhifəsində yazıb.

“Müharibə şəraiti bitdi. Tərəflər arasında “Sülh və Dostluq” Bəyannaməsi imzalandı. Yeni bir sülh və dostluq dövrü başladı”, - deyə nazir qeyd edib.

Qeyd edək ki, bu razılaşma Efiopiya baş naziri Abiy Ahmed və Eritreya prezidenti İsaias Afverki arasında Asmaradakı görüşdən sonra əldə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR