Çempionlar Liqasında I təsnifat mərhələsinə start verilir

Çempionlar Liqasında I təsnifat mərhələsinə start verilir
# 10 iyul 2018 00:04 (UTC +04:00)

Bu gün Çempionlar Liqasında I təsnifat mərhələsinə start veriləcək.

Apasport.az saytının məlumatına görə, ilk oyun günündə 10 qarşılaşma baş tutacaq.

Mübarizəyə Estoniya və Gürcüstanda start veriləcək. Kutaisi təmsilçisi “Torpedo” Moldova “Şerif”ni qəbul edəcək. “Flora” isə Tallində “Hapoel”lə qarşılaşacaq.

İsveçin “Malmö” klubu Kosovo “Drita”sına qonaq olacaq.

Çempionlar Liqası

I təsnifat mərhələsi

10 iyul

19:30 “Flora” (Tallin, Estoniya) – “Hapoel” (Beer-Şeva, İsrail)

19:30 “Torpedo” (Kutaisi, Gürcüstan) – “Şerif” (Moldova)

20:00 “Alaşkert” (Ermənistan) – “Seltik” (Şotlandiya)

20:00 “Düdelanj” (Lüksemburq) – “Videoton” (Macarıstan)

22:00 “Vikinqur” (Farer Adaları) – HİK (Helsinki, Finlandiya)

22:15 “Şkendiya” (Makedoniya) – TNS (Uels)

22:45 “Kork Siti” (İrlandiya) – “Legiya” (Varşava, Polşa)

22:45 “Drita” (Kosovo) – “Malmö” (İsveç)

Qeyd edək ki, Azərbaycan çempionu “Qarabağ” mübarizəyə sabah start verəcək. Ağdam təmsilçisi ilk oyununda səfərdə Sloveniya “Olimpiya”sı ilə üz-üzə gələcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR