ABŞ-da avtomobil qatarla toqquşub, ölənlər var

ABŞ-da avtomobil qatarla toqquşub, ölənlər var
# 10 iyul 2018 02:33 (UTC +04:00)

ABŞ-ın Kaliforniya ştatında ağır yol qəzası baş verib.

APA-nın məlumatına görə, bu barədə Fox News telekanalı xəbər verib.

Məlumata əsasən, San-Xose şəhərində dəmir yolu xəttini keçmək istəyən avtomobil hərəkət edən qatarın qarşısına çıxıb. Qatar avtomobili relslərin üzəri ilə sürüdükdən sonra xətdən çıxıb. Avtomobildə olan iki nəfər hadisə yerində ölüb.

Qəzanın səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR