Tailandda turist gəmisinin batması nəticəsində ölənlərin sayı 44-ə çatıb

Tailandda turist gəmisinin batması nəticəsində ölənlərin sayı 44-ə çatıb
# 10 iyul 2018 04:45 (UTC +04:00)

Tailandın Pxuket adası sahillərində “Feniks” turist gəmisinin batması nəticəsində ölənlərin sayı 44 nəfərə çatıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hazırda 3 nəfər itkin düşmüş hesab edilir.

“Feniks” turist gəmisi iyulun 5-də Pxuket adası yaxınlığında batıb. Gəminin göyərtəsində əsasən Çindən olan turistlər olub. Fəlakətdən sonrakı ilk saatlarda balıqçılar və hərbi dənizçilər tərəfindən 49 nəfəri xilas edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR