Kanadada istidən ölənlərin sayı 70-ə çatıb

Kanadada istidən ölənlərin sayı 70-ə çatıb
# 10 iyul 2018 10:12 (UTC +04:00)

Kanadanın Kvebek əyalətində istidən ölənlərin sayı 70 nəfərə çatıb.

APA-nın “CBC”ə istinadən verdiyi xəbərə görə, əyalətdə hava temperaturunun 40 dərəcədən yuxarı olduğu bildirilir.

Ölənlərdən 34 nəfər Monreal şəhərinin sakinidir.

Yerli hakimiyyət orqanlarının verdiyi məlumata görə, istidən ölənlər əsasən 60 yaşdan yuxarı şəxslər olub. Onlar xroniki xəstəliklərdən əziyyət çəkirmişlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR