Azərbaycan Yaponiyaya xalça ixrac edəcək

Azərbaycan Yaponiyaya xalça ixrac edəcək
# 10 iyul 2018 10:01 (UTC +04:00)

Bu ilin sonunda Yaponiya ilə Azərbaycan xalça satışı üzrə müqavilə imzalayacaq.

APA-Economics”in məlumatına görə, bunu "Azərxalça" ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov deyib.

Onun sözlərinə görə, "Azərxalça" ASC-yə xarici ölkələrdən müraciət edən müştərilər kifayət qədərdir: “Hazırda Yaponiya ilə əməkdaşlığa başlanılır. Artıq xalça nümunələri göndərilib və ilin sonunda müqavilə imzalanacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR