Putin Netanyahu ilə Suriyadakı vəziyyəti müzakirə edəcək

Putin Netanyahu ilə Suriyadakı vəziyyəti müzakirə edəcək
# 10 iyul 2018 12:11 (UTC +04:00)

Rusiya prezidenti Vladimir Putin iyulun 11-də İsrail baş naziri Benyamin Netanyahu ilə görüşəcək.

APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüş zamanı iki ölkə arasındakı münasibətlər, Fələstin-İsrail münaqişəsinin nizamlanması və Suriyadakı vəziyyət müzakirə olunacaq.

Qeyd olunub ki, İsrail baş naziri Rusiyada keçirilən futbol üzrə Dünya Çempionatının Xorvatiya və İngiltərə komandaları arasındakı yarımfinal oyununu izləyəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR