Azərbaycanda daha 15 dövlət əmlakı özəlləşdirilib

Azərbaycanda daha 15 dövlət əmlakı özəlləşdirilib
# 10 iyul 2018 12:20 (UTC +04:00)

Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı keçirilən növbəti hərracda ümumilikdə 15 dövlət əmlakına 22 sifariş verilib.

Komitədən "APA-Economics"ə verilən məlumata görə, budəfəki hərracda nəqliyyat vasitələri üzrə 5 sifariş elektron formada verilmiş, 2 sifarişçi hərrac keçirilən yerə gəlmədən, olduğu məkanda hərracda onlayn formada iştirak edib.

Sifarişçi ümumi faydalı sahəsi 26.7 kvadratmetr olan Sumqayıt şəhərində yerləşən qeyri-yaşayış sahəsi üçün 6 min manat ödəməklə əmlakın sahibinə çevrilib. Xidmət sahələrində fayda verə biləcək digər qeyri-yaşayış sahələrindən 2-si paytaxtda, digərləri isə Gədəbəy, Mingəçevir, Sumqayıt şəhərlərində yerləşir. 450 manat ödəməklə sifarişçini əmlak sahibinə çevirən Siyəzən şəhərində yerləşən 43 saylı mağazanın ümumi faydalı sahəsi 20,1 kvadratmetrdir.

Budəfəki hərracda buraxılış ili 2003-cü il olan "Qaz 3110-101" markalı avtomobil 3 min 200 manat, "Opel Omeqa" markalı avtomobili 1900 manat, "Kamaz-55111" markalı avtomobil 3 min 550 manat ödənilməklə özəlləşdirilib.

Növbəti özəlləşdirmə hərracı 17 iyulda keçiriləcək. Hərraca ayrı-ayrı iqtisadi sahələrə aid 157 dövlət obyekti çıxarılıb. Özəlləşdirilməsi nəzərdə tutulan dövlət əmlaklarından 19-u səhmdar cəmiyyəti, 54-ü kiçik dövlət müəssisə və obyekti, 70-i qeyri-yaşayış sahələridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR