Tailandda 2 həftədir mağarada köməksiz vəziyyətdə qalan uşaqlar xilas edilib

 Tailandda 2 həftədir mağarada köməksiz vəziyyətdə qalan uşaqlar xilas edilib
# 10 iyul 2018 13:42 (UTC +04:00)

Tailandda iyunun 23-dən bəri Kxao Luanq mağarasının dərinliyində köməksiz vəziyyətdə qalan 12 məktəbli və onların məşqçisi xilasedicilər tərəfindən çıxarılıb.

APA-nın xəbərinə görə, bu barədə “Spirinq News” məlumat yayıb.

Mağaradan çıxarılan uşaqlar xəstəxanaya göndərilib. İçəridə hələ ki həkim və dalğıcların qaldığı bildirilir.

Qeyd edək ki, iyunun 23-də 11-16 yaşlı məktəblilərdən ibarət futbol komandası və onların 25 yaşlı məşqçisi Kxao Luanq mağarasında itib. Ərazidə yağan leysan yağışları və yaranan sel təxminən 10 km uzunluğu olan mağaranın giriş-çıxışını bağlayıb və içəriyə dolub. Uşaqlar sel suyunun çatmadığı zalların birində qalıblar. Hakimiyyət orqanları xilasetmə əməliyyatına başlayıb. İyulun 8-9-da dalğıclar 4 uşaqdan ibarət 2 qrupu çıxara biliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR