Sankt-Peterburqda azərbaycanlı kişi çayda batıb

Sankt-Peterburqda azərbaycanlı kişi çayda batıb
# 10 iyul 2018 14:37 (UTC +04:00)

Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycan vətəndaşı bədbəxt hadisə nəticəsində ölüb.

APA-nın “Konkretno.ru” saytına istinadən verdiyi xəbərə görə, 60 yaşlı azərbaycanlı şəhərin Yesenin parkında yerləşən Okkervil çayında batıb. Adı açıqlanmayan şəxs çaydan çıxarılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

İlkin ekspertizanın nəticələrinə əsasən meyitin üzərində heç bir zorakılıq əlamətləri aşkarlanmayıb. Şəhərin istintaq komitəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR