Muxtar Babayev Caspian European Clubun nümayəndə heyətini qəbul edib

Muxtar Babayev Caspian European Clubun nümayəndə heyətini qəbul edib
# 10 iyul 2018 15:20 (UTC +04:00)

Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) nazir Muxtar Babayevlə Caspian European Clubun baş icraçı direktoru Telman Əliyevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

ETSN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı ikitərəfli münasibətlərin genişləndirilməsi, ətraf mühitin mühafizəsi sahəsində fikir mübadiləsi aparılıb və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Görüşün sonunda ekoloji məsələlərdə bağlı yaranacaq sualların, problemlərin və təkliflərin operativ müzakirə olunub həlli yollarının tapılması istiqamətində daimi işçi qrupunun yaradılması barədə razılığa gəlinib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR