Bakıda heyvanı maşına bağlayıb aparan sürücü cərimələnib

Bakıda heyvanı maşına bağlayıb aparan sürücü cərimələnib
# 10 iyul 2018 15:34 (UTC +04:00)

Sosial şəbəkədə şəhərdə iribuynuzlu heyvanın xırda tutumlu yük maşınının arxasına bağlanaraq sürüdülməsi ilə bağlı yayılan videoyla əlaqədar araşdırma aparılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sözügedən hadisə ilə bağlı artıq Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən 10-LO-913 dövlət nömrə nişanlı “Qazel” markalı maşının sürücüsü barəsində qanunamüvafiq tədbir görülüb.

“Belə ki, o İnzibati Xətalar Məcəlləsinin 290.1.2. ev heyvanlarının nəqliyyat vasitələri ilə aparılması şərtlərinin pozulmasına görə 200 manat məbləğində cərimə edilib. Qanuna müvafiq qaydada inzibati işə bir qurum tərəfindən baxılıb qərar çıxarıla bilər, bu halda isə qanun pozucusu barəsində Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən inzibati tədbir görülüb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bildirir ki, qanun pozucusu İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsinə (Heyvanlarla rəhmsiz rəftar edilməsi) əsasən cərimə oluna bilər. Vətəndaşları istər vəhşi heyvanlarla, istərsə də ev heyvanlarıyla qanunvericiliyin tələblərinə uyğun davranmağa, onlarla mərhəmətli olmağa və zorakılığa yol verməməyə çağırırıq”, - deyə Nazirliyin məlumatında deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR