Ağdam sakinini ilan sancıb

Ağdam sakinini ilan sancıb
# 10 iyul 2018 19:44 (UTC +04:00)

Ağdamda 32 yaşlı oğlanı ilan sancıb. APA-nın yerli müxbirinin xəbərinə görə, hadisə rayonun “Ergi düzü” adlanan ərazisində baş verib. Ağdam rayon Mərzili kənd sakini Həsənov Rəşad Silyan oğlu sahədə işləyərkən ilan onu ayağından sancıb.

R.Həsənov Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, ona zərdab vurulub.

Hazırda vəziyyəti stabildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR