BNA Sabunçu-Zabrat yolunda tıxacın qarşısını almaq üçün dayanacaqların yerini dəyişdirir

BNA Sabunçu-Zabrat yolunda tıxacın qarşısını almaq üçün dayanacaqların yerini dəyişdirir
# 11 iyul 2018 10:38 (UTC +04:00)

"Paytaxt yollarında tıxac və digər problemlərin həlli istiqamətində layihələrin icrası davam etdirilir".

Bakı Nəqliyyat Agentliyindən "APA-Economics"ə verilən məlumata görə, bu çərçivədə Zabrat şosesinin Heydər Əliyev prospekti ilə kəsişən hissəsində (Sabunçu yol qovşağı) yerüstü piyada keçidinin yaxınlığında işlərə başlanılıb.

"Bu məqsədlə, yerüstü piyada keçidinin yaxınlığında yerləşən dayanacaq məntəqələrinin yeri dəyişdirilərək cib tipli təşkil ediləcək. Bununla da günün pik saatlarında qeyd edilən yolda nəqliyyatın hərəkətində müşahidə edilən tıxacın aradan qaldırılması və sərnişinlərinin rahatlığının, eləcə də təhlükəsizliyinin təmin edilməsi mümkün olacaq", - deyə məlumatda vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR