ATƏT PA-nın Bəyannaməsində Dağlıq Qarabağ məsələsi də yer alıb

ATƏT PA-nın Bəyannaməsində Dağlıq Qarabağ məsələsi də yer alıb
# 11 iyul 2018 11:25 (UTC +04:00)

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏT PA) 27-ci illik sessiyasının son günündə Berlin bəyannaməsi qəbul edilib.

APA-nın ATƏT PA-nın rəsmi saytına istinadən verdiyi xəbərə görə, bəyannamədə BMT Nizamnaməsi və Helsinki Yekun Aktında təsbit edilmiş beynəlxalq hüququn, insan haqlarının və qanunun aliliyinin əsas prinsiplərinə sadiqliyin vacibliyi qeyd edilib.

ATƏT PA Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində irəliləyişin olmaması ilə əlaqədar təəssüf hissini bildirib və tərəfləri gərginliyin azaldılmasına, münaqişənin mümkün davamlı həllini tapmaq üçün çox gecikmədən əsaslı danışıqlara başlamağa çağırıb. ATƏT-in Minsk qrupu həmsədrlərinin münaqişənin həlli üçün səylərini ikiqat artırmalarının vacibliyi qeyd edilib.

Sənəddə Gürcüstan, Moldova və Dağlıq Qarabağ münaqişəsinə xüsusi diqqət yetirilərək münaqişələrin həlli üçün yeni səylər göstərilməsinə dair çağırış yer alıb. Bundan əlavə, Bəyannamədə münaqişə zonalarında və işğal olunmuş ərazilərdə, o cümlədən Cənubi Qafqaz, Ukrayna və Kiprdə insan hüquqlarının pozulması hallarının araşdırılmasının zəruriliyi də vurğulanır.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR