Xamneyinin müşaviri bu gün Moskvaya səfər edəcək

Xamneyinin müşaviri bu gün Moskvaya səfər edəcək
# 11 iyul 2018 11:16 (UTC +04:00)

İran ali dini liderinin müşaviri Əli Əkbər Vilayəti bu gün Moskvaya səfər edəcək.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin ikinci Asiya Departamentinin rəhbəri Zamir Kabulov bildirib.

Onun sözlərinə görə, Vilayətinin Rusiyanın rəsmi şəxsləri ilə görüşü iyulun 12-ə planlaşdırılıb. Z. Kabulov İran ali dini liderinin müşavirinin Rusiya XİN-də danışıqlarının planlaşdırılmadığını söyləyib.

Qeyd edək ki, bir müddət öncə İran XİN-in rəsmi nümayəndəsi Bəhram Kəsami ali dini liderin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayətinin Əli Xamneyi və İran prezidenti Həsən Ruhaninin ABŞ-ın nüvə sazişindən çıxması ilə bağlı Tehranın mövqeyinin izah olunduğu məktubunu Vladimir Putinə çatdırmaq üçün Moskvaya səfər edəcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR