Şəmkirdə meşə zolağında yanğın söndürülüb - YENİLƏNİB

Şəmkirdə meşə zolağında yanğın söndürülüb - <span style="color: red;">YENİLƏNİB
# 11 iyul 2018 18:42 (UTC +04:00)

Şəmkirdə meşə zolağında yanğın söndürülüb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Şəmkir rayonunun Yuxarı Seyfəli kəndində meşə zolağında baş vermiş yanğın nazirliyin DYMX-nin və Aviasiya dəstəsinin müvafiq qüvvələri tərəfindən saat 18:20-də söndürülüb.

Əlavə məlumat veriləcək.

***

14:26

Şəmkir rayonunun Yuxarı Seyfəli kəndi yaxınlığındakı meşə zolağında yanğın baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası, Aviasiya dəstəsinin "Mi-17" yanğınsöndürmə helikopteri söndürmə işlərinə cəlb olunub.

Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR