Fuad Muradov Fransada bir sıra görüşlər keçirib, Topçubaşovun məzarını ziyarət edib

Fuad Muradov Fransada bir sıra görüşlər keçirib, Topçubaşovun məzarını ziyarət edib
# 11 iyul 2018 12:41 (UTC +04:00)

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Avropaya səfəri çərçivəsində Fransada bir sıra görüşlər keçirib.

Komitənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfərin ilk günü F. Muradov Azərbaycanın Fransadakı səfirliyində olub, ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub.

Sonra komitə sədri Fransanın daxili işlər naziri Gerard Collombun diplomatik məsələlər üzrə müşaviri Frederic Jung və Fransa Senatının Fransa-Qafqaz Dostluq qrupunun rəhbəri Alen Uperlə görüşüb. Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə heyətinin həmçinin Azərbaycanın Dostları Assosiasiyasında, eləcə də Azərbaycan Xalq Cümhuriyyəti mühacirlərinin ailə üzləri və azərbaycanlı ailə ilə maraqlı görüşü olub.

Fuad Muradovun Avropaya rəsmi səfəri davam edir. Komitə sədrinin başçılıq etdiyi nümayəndə heyəti Fransada Azərbaycanın görkəmli siyasi xadimi, Bakıda Müsəlman Milli Şurasının Müvəqqəti İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun məzarını ziyarət edib, xatirəsini yad ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR