Qazaxda 25 yaşlı oğlan göldə batıb - YENİLƏNİB

Qazaxda 25 yaşlı oğlan göldə batıb - <span style="color: red;">YENİLƏNİB
# 11 iyul 2018 16:19 (UTC +04:00)

Qazaxda göldə batan gəncin meyiti sudan çıxarılıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, axtarış nəticəsində rayonun Fərəhli kənd sakini 1993-cü il təvəllüdlü Ozan Rəşid oğlu İsmayılovun meyiti sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

***

16.25

Qazax sakini göldə batıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Abbasbəyli kəndi ərazisində olan süni göldə baş verib. Rayonun Fərəhli kənd sakini, 1993-cü il təvəllüdlü İsmayılov Ozan Rəşid oğlu göldə cimən zaman boğulub. Əraziyə FHN-in Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları dəvət olunub.

Axtarış təddbirləri həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR