Hacıqabulda göldə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB

Hacıqabulda göldə batan şəxsin meyiti tapılıb - <span style="color: red;">YENİLƏNİB
# 11 iyul 2018 20:15 (UTC +04:00)

Hacıqabulda göldə batan şəxsin meyiti tapılıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Hacıqabul rayonunun Birinci Udullu kəndində süni göldə batdığı ehtimal edilən 2000-ci il təvəllüdlü Əkrəmov Asiman Habil oğlunun axtarışları başa çatıb.

A.Əkrəmovun cəsədi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

***

18:13

Hacıqabul rayon sakini göldə batıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Hacıqabul rayonunun Birinci Udullu kəndi ərazisində süni göldə 1 nəfərin batdığı ehtimal olunur.

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb edilib.

Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR