Göyçayda xəsarətlə nəticələnən yol qəzası baş verib

Göyçayda xəsarətlə nəticələnən yol qəzası baş verib
# 11 iyul 2018 18:56 (UTC +04:00)

Göyçay rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saat 20:00 radələrində Göyçay-Ucar yolunun 2-ci kilometrliyində, Potu kəndi ərazisində qeydə alınıb.

Rayon sakini, 1990-cı il təvəllüdlü Həsənov Kənan Ramiz oğlu idarə etdiyi 23-BL-732 dövlət nömrə nişanlı "NİVA" markalı minik avtomobili ilə hərəkətdə olarkən Potu kənd sakini, 1997-ci il təvəllüdlü Əbdülrəhimov Həsən Soltan oğlunun idarə etdiyi motosikleti vurub. Hadisə zamanı Həsən Əbdülrəhimov ağır bədən xəsarətləri aldığı üçün təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR