Brüsseldə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü keçirilir

Brüsseldə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü keçirilir
# 11 iyul 2018 19:34 (UTC +04:00)

Brüsseldə Azərbaycan və Ermənistan XİN rəhbərləri – Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasında görüş keçirilir.

APA-nın məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev özünün “Twitter” hesabında yazıb.

Görüşdə ATƏT Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də iştirak edir.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR