Dənizkənarı Milli Parkda dənizə düşən şəxs xilas edilib

Dənizkənarı Milli Parkda dənizə düşən şəxs xilas edilib
# 11 iyul 2018 20:41 (UTC +04:00)

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, dərhal hadisə yerinə cəlb olunmuş Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR