Çində güclü qasırğa ilə əlaqədar 580 min insan təxliyə edilib

Çində güclü qasırğa ilə əlaqədar 580 min insan təxliyə edilib
# 12 iyul 2018 04:51 (UTC +04:00)

Çin hökuməti “Mariya” qasırğası ilə əlaqədar 580 min insan təxliyə edib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, şiddətli yağış və güclü küləklə müşayiət olunan qasırğa iyulun 11-dən Çinin şərq sahillərini cənginə alıb.

Təbii fəlakət dəmir yolu və hava nəqliyyatının hərəkətini iflic edib.

Çin KİV-lərinin hesablamalarına görə, hazırda ölkəyə dəyən birbaşa iqtisadi ziyanın həcmi 73,4 milyon ABŞ dolları təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR