Azərbaycanda FETÖ-cü ittihamı ilə həbs edilən şəxs azadlığa buraxılıb

Azərbaycanda FETÖ-cü ittihamı ilə həbs edilən şəxs azadlığa buraxılıb
# 12 iyul 2018 09:03 (UTC +04:00)

Azərbaycanda həbs edilən və “Fətullahçı Terror Təşkilatı” – FETÖ-yə üzv olmaqda təqsirləndirilən İsa Özdəmirin öz ölkəsinə ekstradisiya edilməsi ilə bağlı Ədliyyə Nazirliyinin təqdimatına baxılıb.

APA-nın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Hakimlər kollegiyasının qərarına əsasən təqdimat təmin olunmayıb və ekstradisiyadan imtina edilib.

İ. Özdəmir məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, İ. Özdəmir 1993-cü ildən Azərbaycanda yaşayıb. 15 iyul 2016-cı il hərbi çevriliş cəhdindən sonra Türkiyə tərəfi onun barəsində axtarış elan edib. O, Bakıda saxlanılıb. Türkiyə İ. Özdəmirin təhvil verilməsini tələb edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR