Bu il Azərbaycana avtomobil idxalı 3 dəfə artıb

Bu il Azərbaycana avtomobil idxalı 3 dəfə artıb
# 12 iyul 2018 10:45 (UTC +04:00)

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycana ümumilikdə 9 588 ədəd avtomobil idxal olunub.

"APA-Economics" Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya istinadən xəbər verir ki, 2017-ci ilin yanvar-iyun ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 6 105 ədəd və ya 2,75 dəfə artıb.

Ölkəyə gətirilən avtomobillərin 60 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 8 485 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 978 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 65 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR