Azərbaycan xam neftin ixracını 40% artırıb

Azərbaycan xam neftin ixracını 40% artırıb
# 12 iyul 2018 11:11 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında Azərbaycan 6 mlrd. 945 mln 438,31 min dollar dəyərində 13 mln. 564 min 784,04 ton xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları ixrac edib.

"APA-Economics" Dövlət Gömrük Komitəsinin (DGK) açıqladığı statistikaya istinadən xəbər verir ki, bu, həcm baxımından 2017-ci ilin 6 ayı ilə müqayisədə 3 mln. 857 min 609,68 ton və ya 39,74% çoxdur, məbləğ baxımından isə 3 mln. 106 mln. 210,61 min dollar və ya 80,91% çoxdur.

Qeyd edək ki, 2017-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycandan xarici ölkələrə 3 mlrd. 839 mln. 227,70 min dollar dəyərində 9 mln. 707 min 174,36 ton xam neft ixrac edilib.

Qeyd edək ki, 2018-ci ilin yanvar-may aylarında xam neftin ixracı Azərbaycanın ümumi ixracının 72,87%-ni təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR