Agentlik rəhbəri: “Tbilisiyə sahibsiz itlər əsasən Azərbaycandan gəlir”

Agentlik rəhbəri: “Tbilisiyə sahibsiz itlər əsasən Azərbaycandan gəlir”
# 12 iyul 2018 12:07 (UTC +04:00)

“Tbilisiyə sahibsiz itlər Gürcüstanın regionlarından və qonşu ölkələrdən, əsasən də Azərbaycan ərazisindən daxil olur”.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Tbilisi meriyasının Heyvanların Monitorinq Agentliyinin rəhbəri Vaxtanq Lomcariya deyib.

O bildirib ki, son illər Tbilisidə sahibsiz itlərin sayı kəskin artıb. “Gələn il sahibsiz itlərin sayı müəyyən olunacaq. 2015-ci ilin məlumatına əsasən, paytaxtda 43 mindən çox sahibsiz it var”.

V. Lomcariya qeyd edib ki, sahibsiz itlərin reproduksiyasına nəzarət etmək üçün müvafiq qanuna əlavələrin edilməsi tələb olunur və bununla bağlı parlamentdə müzakirələrə artıq başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR