NATO Rusiyanı öz hərbi qüvvələrinin Gürcüstandan çıxarmağa çağırıb

NATO Rusiyanı öz hərbi qüvvələrinin Gürcüstandan çıxarmağa çağırıb
# 12 iyul 2018 14:34 (UTC +04:00)

NATO Rusiyanı Gürcüstanın işğal olunmuş bölgələri olan Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıması ilə bağlı qərarından imtina etməyə çağırıb.

APA-nın NATO-nun rəsmi saytına istinadən verdiyi xəbərə görə, bu barədə Brüsseldə NATO - Gürcüstan Komissiyasının toplantısının yekun bəyannaməsində qeyd edilib.

Sənəddə Gürcüstanın ittifaqla əlaqələrinin unikal miqyası və dərinliyi vurğulanır və bildirilir ki, Gürcüstan NATO-nun ən yaxın əməliyyat tərəfdaşlarından biridir.

Bəyannamədə deyilir ki, NATO müttəfiqləri bölgədə baş verən insan haqları pozuntularını ciddi şəkildə qınayır və bildirir ki, bu cür addımlar Gürcüstanın ərazi bütövlüyü və suverenliyini pozmaqla yanaşı, həm də beynəlxalq hüquq, ATƏT prinsipləri və Rusiyanın beynəlxalq öhdəliklərinə tamamilə ziddir. Bundan əlavə, Rusiya 2008-ci ildə əldə edilmiş atəşkəs razılaşmasına əməl etməyə və hərbi qüvvələrini Gürcüstan ərazisindən geri çəkməyə dəvət edilib.

NATO Gürcüstan beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində münaqişənin sülh yolu ilə həlli üçün danışıqlarda dəqiq nəticələr əldə etməyin vacibliyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR