Oğuza istirahətə gedən qadın xəsarət alıb

Oğuza istirahətə gedən qadın xəsarət alıb
# 12 iyul 2018 16:34 (UTC +04:00)

Oğuza istirahətə gedən qadın turust xəsarət alıb.

APA-nın yerli bürosunun verdiyi məlumata görə, Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Cəfərova Nigar Yusif qızı açıq kəllə-beyin travması və sol bud sümüyünün sınığı xəsarəti ilə Oğuz Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

MRX-dan APA-ya bildirilib ki, N. Cəfərova Oğuzda dağlıq-müşəlik ərazidə istirahət edərkən onun yaxınlığında olan iri gövdəli ağac aşıb. Yıxılan ağacın budaqlarından biri ona xəsarət yetirib. N. Cəfərova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra müayinə və müalicəsini davam etdirməkdən ötrü Qəbələ Diasnostika Mərkəzinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR