Xudatda VAZ velosipedçini vuraraq aşıb, 6 nəfər xəsarət alıb

Xudatda VAZ velosipedçini vuraraq aşıb, 6 nəfər xəsarət alıb
# 12 iyul 2018 19:07 (UTC +04:00)

Bu gün axşam saatlarında Xudat-Nabran yolunda yol-nəqliyyat hadisəsi qeydə alınıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, "VAZ 2107" markalı maşın yoldan keçən velosipedçini vurub. Daha sonra idarəetməni itirən avtomobil yoldan çıxaraq aşıb.

Qəza nəticəsində 6 nəfər xəsarət alıb.

Xəsarət alan şəxslər Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR