Bakıda 20 yaşlı oğlan dənizdə batıb - YENİLƏNİB

Bakıda 20 yaşlı oğlan dənizdə batıb - <span style="color: red;">YENİLƏNİB
# 12 iyul 2018 22:25 (UTC +04:00)

Bakı şəhərinin Sabunçu rayonunda dənizdə batdığı ehtimal edilən 1998-ci il təvəllüdlü Məmmədov Cavid Rəhman oğlunun axtarışları başa çatıb. FHN-dən APA-ya verilən xəbərə görə, C.Məmmədovun cəsədi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.

**** 22.44

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda dənizdə 1998-ci il təvəllüdlü Məmmədov Cavid Rəhman oğlunun batdığı ehtimal olunur. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR