Salyanda yanğın olub, 1 nəfər xəsarət alıb

Salyanda yanğın olub, 1 nəfər xəsarət alıb
# 13 iyul 2018 01:53 (UTC +04:00)

Salyanda yanğın olub. APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, rayonun Qarabağlı kəndində ümumi sahəsi 105 m² olan talvarın yanar konstruksiyaları və altına yığılmış 12 ton ot bağlamasının 8 tonu yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR