Misirdə insan orqanlarının ticarəti ilə məşğul olan 37 şəxsə hökm oxunub

Misirdə insan orqanlarının ticarəti ilə məşğul olan 37 şəxsə hökm oxunub
# 13 iyul 2018 02:57 (UTC +04:00)

Qahirə cinayət məhkəməsi insan orqanlarının ticarəti ilə məşğul olan 37 həkim və vasitəçini müxtəlif həbs cəzalarına məhkum edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, dəstənin 6 nəfər təşkilatçısı 15 il, qalanları isə 7 və 3 il müddətinə həbs cəzalarına məhkum ediliblər.

Məhkəmə cinayətkarların hamısını böyük məbləğdə cərimələyib.

İstintaq materiallarına əsasən, dəstə üzvləri imkansız insanları orqanlarını satmağa sövq edərək, polisə müraciət etməmələri üçün maliyyə sənədləri imzalamağa məcbur ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR