Ötən gün 6 yol qəzasında 2 nəfər ölüb, 21 nəfər xəsarət alıb

Ötən gün 6 yol qəzasında 2 nəfər ölüb, 21 nəfər xəsarət alıb
# 13 iyul 2018 06:57 (UTC +04:00)

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 82 cinayət faktı qeydə alınıb, onların da 8-i “isti izlər”lə açılıb.

APA Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, axtarışda olduğuna görə ümumilikdə 26 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 10 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 21 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 2 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 10 nəfər saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR